image

image

image
"Maşın" realiti şou janrında layihədir. 2005-ci ilin oktyabrından efirdədir. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur.

MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou hələ də baxımlı veriliş statusunu saxlaya bilir. Layihə uzun müddət Lider TV-də (11 buraxılış), ANS TV-də (1 buraxılış) və ATV-də (3 buraxılış) yayımlanıb. Şounun bu illər ərzində 15 buraxılışı və 270 iştirakçısı olub. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şoubiznesin tanınmış simaları cəm olunub. İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya MGP (M Group Production) şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır. Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz. Əks halda oyunu tərk etməlidir. İştirakçılar arasında keçirilən gizli səsverməyə əsasən hər gün bir nəfər yarışmadan getməlidir. Getməli olan iştirakçının oyunda qalıb-qalmaması canlı efirdə topladığı sms-lərdən asılı olur. Beləliklə, yetərincə səs toplamayan iştirakçı yarışmanı tərk edir. Qaldığı təqdirdə isə digər oyun yoldaşını şoudan uzaqlaşdıra bilər. Əks halda özü gedir. “Maşın” realiti şousunun ən məşhur ifadəsi də bu zaman səslənir: “Maşın əldən getdi!” Oyunda sona qalan üç nəfər artıq finalda sayılır. Bu andan etibarən şouda final şərtləri qüvvəyə minir: finalçılar günün çox hissəsini maşından ayrılmadan, ayaqüstə, yuxusuz və digər fizioloji tələbatlarını ödəmədən keçirir. Bu məqamda yalnız mənən deyil, fiziki cəhətdən də güclü olan şəxs maşına sahib olur.