» » “Maşın” realiti şounun möhtəşəm açılış mərasimi baş tutub

29 may tarixində milyonlarla insan ATV-də ölkənin ən bahalı və ən reytinqli şousunun səs-küylü açılış
mərasiminin şahidi olub.
Mashinshow.com saytının rəsmi məlumatına görə, açılış zamanı ölkənin ən tanınmış şəxsləri “Maşın”
şounun pavilyonuna toplaşıb. Şərhçilərin iştirakçılar haqqında verdikləri maraqlı məlumatlar, həmçinin
“MGP”nin 15 illik yubileyinin xüsusilə vurğulanması, o cümlədən Azərbaycanın Xalq artisti Murad Dadaşovun pozitiv çıxışı efir boyunca bayram ab-havasını hiss etdirib.
2 saatlıq canlı yayım ərzində şounun iştirakçılarının adları bəlli olub. Belə ki, Cavidan Novruz, Mətanət
Əliverdiyeva, Ələkbər Yasamallı, Günel Hümbətova, Azər Axşam, Firuzə Cəlilova, Məcid Hüseynov, Aytən
Səfərova, Hüseyn Əzizoğlu, İlhamə Bədəlova, Uran, Rahidə Baxışova, Əli Mirəliyev, Ruhəngiz Musəvi,
Qurd, Pərvin Abıyeva, Abbas Bağırov və Roza Zərgərlinin “Nurgun Motors”un təqdim etdiyi bahalı
avtomobil-“Nissan Kicks” uğrunda mübarizə aparacaqları məlum olub.