» » Roza Zərgərli Günel Hümbətovanı şoudan uzaqlaşdırıb

“Maşın” realiti şounun 3-cü günü də maraqlı hadisələrlə yadda qalıb. Belə ki, “Qalsın-getsin” mübarizəsinə ardarda iki gün eyni şəxs - Roza Zərgərli çıxıb. İlk gündə olduğu kimi birinci saatda hədəfinin adını açıqlamaq istəməyən Roza Zərgərli, az sonra ona qarşı çıxdığına görə Günel Hümbətovanı maşının kənarından uzaqlaşdıracağını söyləyib: “Hədəfim Günel deyildi, amma baxıram ki, o, çox narahatdır. Mən çoxdan şübhələnmişdim ki, Günel ikiüzlü qadındır. Qəti qərarırmdır, bu gün Günel gedəcək!” Daha sonra baş verən müxtəlif söz-söhbətlərin sonunda Roza öz qrupundan saydığı 3 kişi iştirakçıdan birinin xain olduğunu düşündüyünü bildirib. 59, 07 % səs çoxluğu ilə şouda qalan Roza hamını şoka salan çıxışı ilə qarşıdurmaya nöqtə qoyub: “Bu gün Günel gedir, sabah Qurd gedəcək!” Rozanın bu gözlənilməz kəlməsi Qurdu özündən çıxarıb və bu gün Qurdun qisas alacağı gözlənilir.