» » Aytən Səfərova sağ göstərib sol vurdu

“Maşın” realiti şounun 5-ci günü də olduqca gərgin hadisələr və ehtiraslı çıxışlarla yadda qalıb. Belə ki, 8 nəfərin dəstəyi ilə “Qalsın-getsin” mübarizəsinə çıxan Aytən Səfərova hədəfinin həmkarı Mətanət Əliverdiyeva olduğunu bildirib. O, seçimini bir gün öncə aralarında baş verən konfliktə əsaslandırıb. Veriliş zamanı, həmçinin reklam blokları arasında günün qəhrəmanları yenə də mübahisə edib.. Olduqca gərgin keçən və səsvermənin nəticələrinin hər an dəyişdiyi şounun yekununu həm iştirakçılar, həm də tamaşaçılar həyəcanla gözləyib. 80,38 % səs çoxluğu ilə şouda qalan Aytən verilişin əvvəlində açıqladığı hədəfi dəyişməklə hamıya şok yaşadıb. O, Mətanəti deyil, Məcid Hüseynovu “Maşın”dan uzaqlaşdırıb. Qərarını son anda dəyişməsini Aytən belə izah edib: “Doğrudan da burda Mətanəti məndən yaxşı və məni Mətanətdən yaxşı heç kəs tanımır. Vaxt olub ki, biz kədərli günlərimizi bir qadın, bir ana olaraq bir yerdə bölüşmüşük. Mətanəti bizim evdə atam, anam da çox istəyir, qardaşım da... Əslində bunu etməklə istədim deyəm ki, Mətanət, biz ikimiz də anayıq. Bu gün Oktay da (Mətanət Əliverdiyevanın oğlu) burdadır. Oktay gözümün önündə böyüyüb. Biz ikimiz də həmkarıq. Biz birləşmək əvəzinə, belə edirik. Dünən əlbəttə ki, sən də düz etmədin, mən də haradasa düz etmədim. Amma deyirlər ki, çəkişməsən, bərkişməzsən... Mətiş, mən səni bu gün oyundan kənarlaşdırmıram, gəl, bu mübarizəni dayandıraq. Mən hədəfimi dəyişirəm, həmkarlarıma dəyməyəcəyəm, daha az tanıdığım iştirakçını – Məcidi bura dəvət edirəm”. Ardınca kürsüyə yaxınlaşan Məcid oyunu tərk etməsini ilk baxışdan normal qarşılasa da çıxışında bunları deyib: “Aytən xanıma onu deyim ki, bilmirsə, bilsin. 1999-cu ildən 2018-ci ilə qədər mən də aparıcıyam və 20 layihənin müəllifiyəm”. Aytən Səfərova Məcidin də onun həmkarı olduğunu sonradan başa düşüb. Qeyd edək ki, “Maşın”ın 5-ci günündə daha iki xanım arasında münasibətlər gərginləşib. Bunlar müğənni Rahidə Baxışova və aparıcı İlhamə Bədəlova olub.