» » Ələkbər Yasamallı əlini maşının üzərindən götürüb.

“Maşın” realiti şounun möhtəşəm açılışından 1 gün sonra, yəni mayın 30-u oyunun ilk günü olmasına baxmayaraq, böyük qarşıdurma baş verib. Belə ki, iştirakçı Roza Zərgərli öz xahişi ilə “Qalsın-getsin” mübarizəsinə çıxaraq, hədəfini şoudan uzaqlaşdıracağını bildirib. İlk yayım saatında hədəfinin adını açıqlamaq istəmədiyini söyləyən və fikrini dəyişdirərək, başqasını çıxartmaq ehtimalının olduğunu bildirən Roza Zərgərli az sonra verdiyi açıqlaması ilə hamının təəccübünə səbəb olub. Çünki o, onun üçün tamaşaçılardan səs istəyən və şouda qalmasını istədiyini bildirən Firuzə Cəlilovanın adını hədəf olaraq açıqlayıb. Şouda baş verən maraqlı faktlardan biri də odur ki, Roza Zərgərlinin şəklinin sayı 6 olsa da, canlı yayım zamanı 7 nəfər insan əlini qaldıraraq, Rozanın şəklini atdığını bildirib. Qızğın qarşıdurmaya baxmayaraq, qəfil hadisə bütün gedişatı dəyişib. Belə ki, meyxanaçı Ələkbər Yasamallı bilmədən əlini maşının üzərindən götürdüyü üçün şounu tərk etməli olub. Yüksək səs faizi ilə şouda qalan Roza heç kimi oyundan uzaqlaşdırmayıb.