» » “Maşın”ı bir gündə iki xanım iştirakçı tərk etdi

Ölkənin ən reytinqli şousunun 7-ci günü, aparıcı Firuzə Cəlilova üçün “Maşın” əldən gedib. Xanım iştirakçı bir gün əvvəl, şounun son dəqiqələrində təsadüfən əlini maşından çəkib. Efir bitdikdən sonra tamaşaçıların diqqəti sayəsində ortaya çıxan məlumat “MGP” tərəfindən dəqiq araşdırıldıqdan sonra onların haqlı olduğu bildirilib. Şoudan məcburən ayrılmalı olan Firuzə Cəlilova bildirib ki, oyunu bu cür tərk etməsinə təəssüflənmədiyini bildirib: “Əslində bəlkə də yaxşı oldu. Çünki düşünürdüm ki, oyunun sonuna qədər kimlərləsə münasibətim, dostluq əlaqələrim pozulacaq, yaxşı ki, elə belə də oldu”. Firuzənin gedişindən sonra şounun qaydalarına əsasən canlı yayım zamanı yenidən səsvermə keçirilib. Səsvermə nəticəsində Hüseyn Əzizoğlu “Qalsın-getsin” mübarizəsinə çıxıb. Hüseyn elə verilişin əvvəlindən hədəfini açıqlayıb. O, səs toplayarsa, İlhamə Bədəlovanı oyundan kənarlaşdıracağını deyib. İki gün ardıcıl hədəf seçilən İlhamə Bədəlova bu dəfə də iştirakçılar tərəfindən dəstəklənməyib. 57.48 % səs çoxluğuyla şouda qalan Hüseyn Əzizoğlu dediyinə sadiq qalaraq, İlhamə Bədəlovanı oyundan kənarlaşdırıb.